Prezident İlham Əliyev 4 sərəncam imzaladı
11.03.2020
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
"Vətən uğrunda” medalı ilə
Hüseynov Tofiq Vaqif oğlu – general-mayor
Muradov İnqilab Heydər oğlu – general-mayor
"Hərbi xidmətlərə görə” medalı ilə
Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant
Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant
Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant
Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant
Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant
Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant
Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant
Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant
Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı
Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant
Əliyev Hüseyn Ağasəf oğlu – mayor
İsmayılov Ceyhun Təbriz oğlu – mayor
Məmmədov Kamran Kamil oğlu – mayor
Quliyev Qəşəm Qalib oğlu – kapitan
Yusifov Məmməd Ələkbər oğlu – kapitan
Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir.
***
Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev "Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512; 2007, № 9, maddə 871; 2008, № 9, maddə 797; 2010, № 6, maddə 501) 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
"Dövlət Komissiyasının sədri
Əli Əhmədov − Azərbaycan Respublikası Baş Nazirinin müavini
Dövlət Komissiyasının sədrinin müavini
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri
Dövlət Komissiyasının üzvləri
Azərbaycan Respublikasının Maliyyə naziri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri
Azərbaycan Respublikasının Səhiyyə naziri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.”.
***
İlham Əliyev "Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Şahin Mustafayev − Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.”.