İranın qərbində zəlzələ oldu
11.03.2020
İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz rayonunda Xane-Zenyan şəhərinin yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 13:54 dəqiqədə 8 km dərinlikdə qeyd alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.