“Nyu York Tayms” yunanların qeyri-insani rəftarından yazdı
11.03.2020
ABŞ-ın "Nyu York Tayms” qəzeti yunan hərbçilərinin sərhəddə miqrantlara qarşı qeyri-insani rəftarını sərt şəkildə qınayıb.
Brlə ki, qəzet yunan əsgərlərinin miqrantları tutaraq gizli mərkəzlərə apardığını yazıb.
"Yunanıstanın şimal-şərqində gizli mərkəz var. Hərbçilər burada miqrantları soyundurur, döyür və qeyri-qanuni şəkildə Türkiyə tərəfinə göndərir. Bundan başqa, Egey dənizində içində qadın və uşaqların olduğu qayıqlara təhlükəli şəkildə müdaxilə edirlər”, – məqalədə qeyd edilib.
Məqalədə sərhəddə 22 yaşlı miqrantın hadisə yerindəki videogörüntüləri və yunan əsgərləri tərəfindən öldürüldüyü də vurğulanıb.