Neft sürətlə bahalaşır
22.05.2018
ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyalardan sonra neftin qiyməti yenidən sürətlə bahalaşmağa başlayıb.
"Dövran Media" xəbər verir ki, "Brent” markalı neftin qiyməti 0,91% artaraq 79,94 dollar, VTİ markalı neftin qiyməti 0,43% artaraq 72,55 dollara çatıb.
"Azəri Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar artaraq 79,90 təşkil edib.
Qeyd edək ki, "Brent" bir neçə gün öncə 80,04 dollara qədər bahalaşmışdı.