23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Metro qatarları qapıları açıq şəkildə depoya daxil olur - virusa görə

11.03.2020

Məlum koronavirus təhlükəsi dünyanın əksər ölkələrində yayılıb. Virusun xüsusən də insanların yaşayışı, təması sıx olan yerlərdə yayılma ehtimalı yüksəkdür. Bununla bağlı Azərbaycanda da müvəqqəti olaraq təhsil müəsissələri bağlanıb, toy, nişan mərasimləri təxirə salınıb, Novruz şənliklərinin keçirilməsi dayandırılıb.
İnsanların ən sıx təmasda olduğu yerlərdən biri də bildiyimiz kimi metrodur.
Xəbər verildiyi kimi, "Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mövcud vəziyyətlə bağlı həftə ərzində əhalini məlumatlandırdıqlarını bildirib:
"Metro hər birimizin istifadə etdiyi nəqliyyat vasitəsidir. Koronavirusla bağlı tədbirlərin xüsusiyyəti dəyişir.
Bununla bağlı Metropolitendə müntəzəm və gündəlik tədbirlər həyata keçrilir. Stansiyalarda əsas məsələ əl ilə təmas olan yerlərdir. Gün ərzində bu tutacaqlar xüsusi dezinfeksiya məhlulları ilə təmizlənir".
Metropoliten rəsmisi qatarların "Bakmi"l stansiyasından sonra tamamilə boş olmaq şərtilə, qapıları açıq vəziyyətdə havalandırma ilə depoya daxil olduğunu bildirib.
Yəni ki, qatar "Bakmil"dən depoya gedəndə ilk əvvəl havalandırılır və depoya çatandan sonra sanitar gigiyenik normalara əməl edilir. Bu tədbir koronavirus təhlükəsindən qorunmaq üçün görülən tədbirlərə aiddir.
Bəxtiyar Məmmədov həmçinin tədris mövsümünün bağlanması ilə əlaqadar sərnişinlərin sayında azalma müşahidə olunduğunu da bildirib. O, hələki koronavirusla bağlı təhlükə olmadığından texniki tədbirlərə ehtiyac olmadığını da qeyd edib.