10 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Nazarbayevin qızı və nəvəsinin əmlakına həbs qoyuldu

11.03.2020

Böyük Britaniyada Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakına "İzahedilməmiş Sərvət Sərəncamı” (Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün qanundur - red.) əsasında həbs qoyulub.
Bu barədə BBC "Transparency İnternational və Finance Uncovered” tərəfindən aparılan istintaqa istinadən xəbər yayıb.
Bildirilir ki, Nursultan Nazarbayevin qızı - Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva, onun böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aida 100 milyon dollardan çox qiyməti olan mülk alıblar.
Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin müstəntiqlərinin bildirdiyinə görə, Antil adaları, Panama və Angilya ofşorlarında sənədləşdirilən mülklər cinayət yolu ilə əldə edilib.
London Ali Məhkəməsi 2019-cu ildə üzərinə həbs qoyulan əmlak sahiblərinin etirazlarını qəbul etmədən, bu məlumatların açıqlanmasına icazə verib.