Lider TV-nin prezidenti yayımla bağlı danışdı
11.03.2020
Lider TV-nin binası yerindədir, ora gedib reportajınızı yerində hazırlaya bilərsiniz.
Bu sözləri Kult.az-a ötən gün axşam saatlarından etibarən məlum olmayan səbəblərdən yayımı dayandırılan Lider TV-nin rəhbəri Ədalət Əliyev kanalın fəaliyyətini dayandırıb-dayandırmaması ilə bağlı ünvanladığımız sualı cavablandırarkən deyib.
Mövzu ilə bağlı danışmaqda maraqlı olmayan Ə.Əliyev fikrini bu sözlərlə tamamlayıb:
"Lider TV-də nə baş verdiyini öyrənmək üçün ofisimizə gedə bilərsiniz. Sizə başqa nə deyə bilərəm ki?”
Xatırladaq ki, ötən gün axşam saatlarından etibarən Lider TV-nin yayımı dayandırılıb. Lider TV-nin əməkdaşları saytımıza açıqlamasında deyiblər ki. kanal rəhbərliyi maliyyə çətinliyi səbəbindən yayımın dayandırıldığını və bugündən işə gəlməmək barədə onlara xəbərdarlıq edib.
Milli Televiziya və Radio Şurasının səlahiyyətliləri isə mediaya açıqlamalarında yayımın texniki səbəbdən dayandırıldığını, kanalın bağlanmadığını, yaxın saatlarda yayımın bərba ediləcəyini açıqlayıblar.