Yunanlar səngərlər qazırlar
10.03.2020
Yunanıstanın Sərhəd Xidmətinin əməkdaşları Avropaya getmək istəyən miqrantların qarşısını almaq üçün səngərlər qazmağa başlayıb.
Xəbər verildiyi kimi, yunan əsgərləri eyni zamanda Maritsa çayı boyunca müəyyən yerlərdə də səngərlər qazırlar.
Qeyd edək ki, miqrantlar artıq 12 gündür ki, Yunanıstan-Türkiyə sərhədində gözləyir. Yunan hərbçiləri müxtəlif vaxtlarda miqrantlara müdaxilə edir, onları gözyaşardıcı qazlarla, rezin güllələrlə sərhəddən uzaqlaşdırmağa çalşır.
Qarşıdurmalar nəticəsində miqrantlardan ölən və yaralananlar da olub.