İqor Yuşkov: neftdə ikinci dalğa yaşana bilər
10.03.2020
Neft qiymətlərinin ucuzlaşması ilə bağlı ikinci dalğa yaşana bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Enerji Təhlükəsizliyi Milli Fondunun aparıcı analitiki İqor Yuşkov deyib.
"Hazırda biz qiymətlərdə müəyyən təkan müşahidə edirik. Dünən çox güclü eniş olmuşdu. Hazırda neft qiymətləri korrektə edilir, amma neftin qiymətinin 50 dollar səviyyəsinə qalxmasını biz artıq görməyəcəyik. Bununla belə ikinci qiymət dəyişikliyi dalğasını da görə bilərik. Əgər "OPEK+” ölkələri yenidən ortaq qənaətə gələ bilməsələr, 1 apreldə biz yenidən qiymət enişini müşahidə edəcəyik. Belə ki, hazırda "OPEK+”-un hasilat üzrə kvotaları var, amma razılıq olmasa, aprel ayından bu kvotalar da ortadan qalxacaq”, – deyə o bildirib.