Kudrin vəzifəyə gətirildi - Son qərar
22.05.2018
Rusiyanın keçmiş Maliyyə naziri Aleksey Kudrin Rusiyanın Hesablama Palatasının rəhbəri təyin olunub.
"Dövran Media" xəbər verir ki, Dumada onun namizədliyini deputatların əksəriyyəti dəstəkləyib.
Qeyd edək ki, Rusiya Hesablama Palatasının rəhbəri altı il müddətinə təyin olunur. Kudrinin bu vəzifəyə namizədliyi hakim Vahid Rusiya Partiyası tərəfindən irəli sürülüb.