Bakıda Feminist Hərəkatının fəalı özünü binadan atdı
10.03.2020
Martın 8-də Azərbaycan Feminist Hərəkatının "8 Marş - Bizimdir Hürr Küçələr” şüarı ilə qanunsuz yürüş keçirən fəallarından biri intihara cəhd edib.
Xəbər verildiyi kimi, hadisə Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsində qeydə alınıb.
Aksiyada iştirak edən fəal Aysel Ələkbərzadə yaşadığı binadan özünü atıb.
O, aldığı müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, A.Ələkbərzadə intihar etmədən əvvəl bu barədə sosial şəbəkədə yazıb.