Rektor koronavirusa qalib gəldi
10.03.2020
İranda koronavirusa yoluxan rektor sağalıb.
Bu barədə İRNA xəbər yayıb. Bildirilir ki, COVID-19 diaqnozu qoyulan Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir virusa qalib gəlib.
O, karantindən çıxarılaraq aktiv həyatına, işinə qayıdıb.
Qeyd edək ki, fevralın 25-də Rza Qədir ilə birgə iki müavini və universitetdə işləyən bir həkimin də koronavirusa yoluxduğu bildirilmişdi.