Şimali Kiprdə koronavirusa yoluxma halı qeydə alınıb
10.03.2020
Şimali Kiprə gələn almaniyalı turistdə koronavirus aşkarlanıb.
Bu barədə Şimali Kiprin Səhiyyə naziri Əli Pilli məlumat verib.
O bildirib ki, Almaniyadan ölkəyə gələn 65 yaşlı turistdə koronavirus aşkarlanıb.
Nazir qeyd edib ki, almaniyalı turistlə birlikdə gələn digər 30 nəfər də karantinə alınıb. Həmçinin almaniyalı turistin qaldığı otelin də karantinə alınacağı bildirilir.