Böhran: Səudiyyə Rusiyaya savaş açdı
09.03.2020
Səudiyyə Ərəbistanı Rusiyaya neft müharibəsi elan edib. Ər-Riya neft hasilatını artırıb, neft qiymətlərini endirmək niyyətindədir.
Bu məlumatı "Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Səudiyyə neft hasilatını sutkalıq 12 milyon barrelə qədər uzatmaq fikrindədir. Bununla bərabər Ər-Riyada bütün istehlakçılar üçün də endirim edib.
"Vol Strit Jurnal” qəzeti bu endirimlərin Rusiyanın Avropada neft satışını çətinləşdirmək və onu "OPEK+” çərçivəsində yenidən danışıqlar masası arxasına qaytarmaq üçün edildiyini bildirib.
Qeyd edək ki, bundan öncə "OPEK+” ölkələrinin iclası baş tutub. İclas çərçivəsində koronavirusa görə hasilatın azaldılması təklifi irəli sürülsə də Rusiya bununla razılaşmayıb. Səudiyyə Ərəbistanı hasilatın sutkalıq 1,5 milyon barrel azaldılmasını təklif edib.