Papa: Buna görə əzab çəkirəm
09.03.2020
Suriyada yaşanan savaşa görə evlərini tərk edən insanlar ağır şərtlər altında mübarizə aparırlar.
Bunu Roma Papası Fransisk deyib.
"Bunların arasında azyaşlılar da var. O uşaqların həyatı təhlükə altındadır. Mövcud vəziyyət mənə əzab verir", - Papa bildirib.
Fransisk terrordan və rejimin hücumlarından əziyyət çəkəb İdlib xalqı üçün dua edib.