Rusiya “OPEK+”dan niyə imtina etdiyini açıqladı
09.03.2020
Rusiyanın maraqları baxımından "OPEK+” razılaşmasının mənası yoxdur.
Bunu "Rosneft”in mətbuat katibi Mixail Leontyev deyib.
"Biz öz bazarlarımızı güzəştə gedir, buradan ucuz ərəb və rus neftini uzaqlaşdırır ki, oranı bahalı ABŞ slans nefti üçün təmizləyirik. Bununla da onun hasilatının effektivliyini təmin edirik”, - deyə o bidlriib.
Leontyev "OPEK+” razılaşması çərçivəsində Rusiyaya edilən son təklifin tərəfdaşlıq xarakteri daşımadığı vurğulayıb.