Əsəddən İdlib həmləsi: Böyük fəlakət yaşana bilər
09.03.2020
Ümumdünya Səhiyyə Təşkilatı Suriyanın İdlib şəhərində koronavirusa görə hərəkətə keçib.
Bu barədə "Yeni Şəfəq" məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalındakı bəzi ərazilərdə koronavirusla bağlı tədbirlər görülsə də, Bəşər Əsədin nəzarətində olan yerlərdə zəruri addımların atılması mümkün olmayıb. Buna səbəb kimi Əsəd rejiminin həmin ərazilərə girişə imkan verməməsi göstərilib.
ÜST rəsmisi İdlibdə gigiyenik durumun çox pis olduğunu vurğulayıb.