Təyyarə qəzaya uğrayıb
09.03.2020
Kolumbiyanın mərkəzi hissəsində baş vermiş təyyarə qəzasında ən az iki nəfər həlak olub.
Bu barədə Tolima departamentinin Mülki Müdafiə üzrə direktoru mayor Luis Fernando Veles xəbər verib.
"Xilasetmə agentlikləri və polis artıq qəza zonasına gəliblər və bizə verilən ilk məlumatlara görə iki nəfər həlak olub", - L. Veles bildirib.