Koronavirusa yoluxmuş 100 yaşlı kişi sağaldı
09.03.2020
Çinin Hubey əyalətində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalaraq xəstəxanadan buraxılıb.
Bu barədə "Sinxua” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, COVID-19-a yoluxan bu şəxs sağalan ən yaşlı xəstədir.
Qeyd edək ki, 100 yaşlı kişidə koronavirus infeksiyası əlamətləri fevralın 24-də qeydə alınıb. Müalicə zamanı xəstəyə yalnız standart antiviral terapiyada deyil, həm də ənənəvi Çin təbabəti tətbiq edilib.