İranda atışma: Naruyi öldürüldü
08.03.2020
İranın Sistan-Bəlucistan əyalətində polis və silahlı qruplaşma üzvləri arasında atışma baş verib.
Bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Əfqanıstan-İran sərhədində baş verən insident zamanı "Ceyşul Adl” qruplaşmasının üzvü olduğu iddia edilən İlyas Naruyi öldürülüb.
Sözügedən şəxs bir neçə ay əvvəl İran hərbçilərinə qarşı sui-qəsd əmri vermişdi.
Qeyd edək ki, "Ceyşul Adl” İranda terror təşkilatı elan edilib.