21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı məktəblisininTƏKLİFİ hamını təəccübləndirdi

22.05.2018

Paytaxt məktəblisi alternativ enerji mənbələri ilə bağlı yeni layihə hazırlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Fuad Qocayev ənənəvi enerji əldə etmək üsulundan fərqli bir metod irəli sürüb. Belə ki, F.Qocayev yaşayış binalarının ətrafında alternativ enerji mənbələri aşkar etmək üçün itkiyə gedən enerjini akkumlyatorlar vasitəsilə toplamaq üsulu üzərində çalışıb.
"Dövran Media"nın məlumatına görə, yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi və akkumlyatorlar vasitəsilə toplaması üsulu layihənin əsasını təşkil edir. Məktəbli bunun üçün yeni qurğuların hazırlanması, onların fasiləsiz işləməsinin təmin edilməsi, alternativ enerji istehsalı və toplanması üçün təkliflər irəli sürüb. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən layihənin uğurlu inkişaf perspektivi üçün müvafiq işlər aparılır.
Qeyd edək ki, "Öz enerjisini özü yaradan evim” adlanan layihənin əsas məqsədi sərf olunan enerji resurslarının tükənməsinin qarşısını almaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək, ətraf mühitdə mümkün qədər daha çox alternativ enerji mənbələri aşkarlamaq, onlardan istifadə yollarını müəyyənləşdirmək və gəncləri bu işə cəlb etməkdən ibarətdir.