Tramp: Meksika dünyanın ən təhlükəli ölkəsidir
19.01.2018
Amerika-Meksika sərhədində fiziki bir maneə - divar qurmaq niyyətindən danışan ABŞ prezidenti Donald Trump
Meksikanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb.
Bu barədə ABŞ administrasiyasının rəhbəri Twitter hesabında yazır.
Onun sözlərinə görə, divar ABŞ-ın təhlükəsizliyi üçün lazımlıdır.Divar həmçinin narkotikanın ölkəyə girişinin də qarşısını almış olar. qarşısını almaq üçün Konqre
ABŞ və Meksika arasında divarın tikintisi Trumpun əsas kampaniya vədlərindən biri idi. Lakin Konqres hələ lazımi pul ayırmayıb.
Yanvarın əvvəlində Trump divarın tikintisinin ilkin mərhələsi üçün 18 milyard dollar tələb edib ki, bu da 10 il ərzində tamamlanmalıdır.
Meksika müntəzəm olaraq dünyanın müxtəlif bölgələrində təsirli zonalara bölünən nüfuzlu narkotik kartelləri, xüsusilə də yayılmış mütəşəkkil cinayətkarlığa görə müxtəlif tədqiqatlarda dünyanın ən təhlükəli dövlətlərinin siyahısına başçılıq edir.
DM