Oqtay Gülalıyevdən xəbər var
07.03.2020
Oqtay Gülalıyevin oyanıqlığı, həkimlərin refleks yoxlamalarına reaksiya verməsi çoxalıb. Səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyir.
Bu barədə 4 aya yaxındır koma vəziyyətində olan hüquq müdafəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Modern.az-a açıqlamasında deyib.
Keçirdiyi qəza zamanı aldığı kəllə-beyin travması alaraq komaya düşən hüqüq müdafiəçisinin tez-tez gözlərini açdığı və arada əllərini, ayaqlarını tərpətdiyi deyilir.
Oğlu bildirib ki, O.Gülalıyev az da olsa, kömək vasitəsilə öz ayaqları üzərində dura bilir:
"Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər. Ümidlə gözləyirik”.
Xatırladaq ki, ötən iln oktyabr ayında yolu keçərkən taksi xidməti göstərən sürücü tərəfindən bilmədən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev kəllə beyin travması almış və əməliyyat olunmuşdu. Hazırda o, türkiyənin "Amerikan” xəstəxanasında müalicə alır.