UEFA prezidenti Liqa kubokuna qarşı çıxıb
07.03.2020
"Fransada Liqa kuboku keçirilməyəcək. Bu turnir yalnız İngiltərədə qalib”.
Bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.
Qurum başçısı İngiltərə Futbol Assosiasiyasını Liqa kubokundan imtina etməyə çağırıb. Sloveniyalı bildirib ki, təqvimdəki sıxlığı azaltmaq üçün bu turnirin keçirilməsinə son qoymaq lazımdır: "Düşünürəm ki, bu turnirdən imtina etməyin hər kəs üçün daha yaxşı olduğunu hamı bilir. Problem ondadır ki, bu kubok vasitəsilə heç də ən yaxşı durumda olmayan çox sayda klub maliyyələşdirilir. Bütün bunları başa düşürəm. Bundan başqa ingilislər böyük ənənəsevərlərdir. Əbədi aktual olan şeylər sizin xoşumuza gəlir”.
Qeyd edək ki, İngiltərə Liqa kubokunun əsası 1960-cı ildə qoyulub.