3 şahzadə həbs edildi
07.03.2020
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman kral ailəsindən olan üç önəmli şəxsi həbs etdirib.
Bu barədə "Nyu York Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, şahzadə Məhəmməd əmisi şahzadə Əhməd bin Əbdüləzizi, keçmiş vəliəhd şahzadə və daxili işlər naziri Məhəmməd bin Nayifi və qardaşı şahzadə Navaf bin Nayifi həbs etdirib.
Onların dövlətə xəyanət ittihamı ilə saxlanıldığı bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının lideri vəzifəsini icra edən şahzadə Məhəmməd bin Salman bundan əvvəl də belə qərarlarla gündəmə gəlmişdi. Belə ki, o, 2017-ci ildə yüzlərlə kral ailəsinə məxsus şəxsləri və varlı iş adamlarını həbs etdirmişdi.