Qoyun oğrusu saxlanıldı
07.03.2020
Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
Daxili İşlər Nazirliyindən verilən verilən məlumata görə, daxil olan müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.