ÜST-dən daha bir koronavirus açıqlaması
07.03.2020
Koronavirus dünyada 2020-ci ilin yayına qədər yayılmağa davam edə bilər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətli nümayəndəsi Maykl Rayan deyib. Onun sözlərinə görə, hələlik tibb işçiləri virusun fərqli iqlim şəraitlərində necə inkişaf edəcəyi haqqında informasiyaya sahib deyillər:
"Biz onun isti dövrlərdə yayılma imkanlarını istisna etmirik. Virusun yayda itəcəyini güman etmək boşa ümid etməkdir. Bizim onun yayda məhv olacağına güman etməyə əsasımız yoxdur”.