“Putin mövqeyini qəflətən niyə dəyişdi, anlamadım”
06.03.2020
Rusiya ilə münasibətlərimiz 5 il idi yaxşı davam edirdi. Hər kəs də bundan razı idi. Sonra sanki aramızdan qara pişik keçdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Putinlə görüşü barədə mediaya açıqlamasında deyib. O bildirib ki, Türkiyə Rusiya ilə münasibətlərdən həm iqtisadi, həm də siyasi mənada qazanc əldə edib:
"Əslində hazırki münasibətlərdə çox da fərqlilik yoxdur. Zaman-zaman beynəlxalq münasibətlərdə belə fikir ayrılığı ola bilər, bu normaldır. Lakin biz Rusiya ilə belə fikir ayrılıqlarının, gərginliyin olmasını istəmərik. Çünki bizim hazırda Rusiya ilə çox yaxşı planlarımız var. Müdafiə sənayesində, nüvə enerjisi ilə bağlı layihələr, Türk Axını və turizm sahəsində olan layihələr bizim üçün çox önəmlidir. Hətta biz Rusiya ilə ikitərəfli münasibətlərlə yanaşı, birlikdə üçüncü ölkələrlə olan əlaqələri də müzakirə edirik”.