Onunla eyni fotoda olmaq istəmədim - Ərdoğan
06.03.2020
Bolqarıstan Baş naziri Boyko Borisov Sofiyada iclas keçirməklə bağlı təklif etdi. Həmin iclasa Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi dəvət etmək istədi. Ancaq mən qəbul etmədim.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Həmin gün yunan hərbçiləri sərhəddə 2 miqrantı atəş açaraq öldürmüşdü. Bu hadisədən sonra B.Borisova bildirdim ki, Miçotakisin olduğu yerə gəlmərəm və onunla eyni fotoda olmaq da istəmərəm. Həmin gecə bu məsələni çox müzakirə etsək də, nəticə dəyişmədi. Planlaşdırılan iclas da ləğv edildi.
Bu işlər o qədər də asan deyil. İnsan həyatının bu qədər ucuz olmadığını siyasətçilər bilməlidirlər”, - Ərdoğan bildirib.