Baş nazirin iştirak etdiyi tədbirə terror - 23 ölü, 33 yaralı - VİDEO
06.03.2020
Əfqanıstanın paytaxtı Kabildə siyasi liderlərin də iştirak etdiyi anma mərasiminə silahlı və bombalı hücum olub.
Bu barədə 1TV xəbər yayıb. Məlumata görə, silahlı hücum mücahidlərin lideri Abdulla Əli Məzarinin ölümünün ildönümü mərasimində baş verib.
Tədbirdə Əfqanıstanın baş naziri Abdulla Abdulla da iştirak edib.
Məhəmməd Əli Cinnə xəstəxanasından verilən məlumata görə, atışma nəticəsində 23 nəfər ölüb, 33 nəfər isə yaralanıb.