Fransız deputatı da virusa yoluxdu
06.03.2020
Fransa Milli Assambleyasının deputatı Jan-Lük Reyser koronavirusa yoluxub və Myuluz şəhərindəki xəstəxanaya yerləşdirilib.
Bu barədə Milli Assambleyanın spikeri Rişar Ferran məlumat verib.
Hazırda 68 yaşlı deputat tənəffüs yollarında olan problemlə bağlı intensiv terapiya şöbəsində müalicə alır. Deputat sonuncu dəfə fevralın 25-də Assambleyanın iclasına qatılıb.
Spiker bildirib ki, deputatla yanaşı parlamentin bufetinin işçisi də koronavirusa yoluxub və hazırda ev şəraitində karantində saxlanılır.