Türk ordusunun 7 gündə Əsədə vurduğu zərbə
06.03.2020
Türkiyə ordusu "Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriyada Əsəd rejiminə ağır zərbələr vurub.
"Bahar qalxanı” əməliyyatı başladığı gündən – 27 fevraldan martın 5-nə kimi rejimin 3 min 381 əsgəri zərərsizləşdirilib.
Eyni zamanda, keçən müddət ərzində rejimə məxsus 154 tank, 9 top, 3 PUA, 4 döyüş təyyarəsi, 7 hava müdafiə sistemi, 8 helikopter, 13 Qrad, 16 hərbi avtomobil, 3 tank əleyhinə silah, 7 silah dolu pikap, 3 PDM və 2 zirehli döyüş maşını məhv edilib.