Ən pis korona-ssenari: 8 milyon qurban...
06.03.2020
Ən yaxşı halda koronavirusdan 15 milyon nəfər öləcək, dünyanın ÜDM-si 2,4 trilyon dollar azalacaq.
Bu nəticə Avstraliya Milli Universitetinin apardığı tədqiqatdan sonra ortaya çıxıb. Tədqiqatçılar ümumilikdə dünya iqtisadiyyatına koronavirusun təsiri ilə bağlı 7 ssenari hazırlayıblar. Bu ssenarilərdən 4-ü koronavirusun Çin xaricinə yayılmasını özündə əks etdirib.
Tədqiqatçıların hazırladığı ən təhlükəli ssenariyə görə, koronavirus 1918-1920-ci illərdə dünyada yayılaraq, 50 milyon nəfəri öldürən və qlobal ÜDM-ni 9 trilyon itkiyə məruz qoyan "İspan qripi”nə bənzəyə bilər. Onların fikrincə, belə olacağı halda ölənlərin sayı 68 milyon nəfərə çatacaq.