Ərdoğan-Putin görüşü zamanı İrandan gözlənilməz addım
05.03.2020
İranın Suriyada dəstəklədiyi silahlı qruplaşmaların 400-ə yaxın üzvü Deyr əz-Zordan İdlibə göndərilib.
Dövran Media Türkiyə mediasına istinadən xəbər verir ki, döyüşçülər Türkiyə PUA-larının hədəfi olmamaq üçün mikroavtobuslarla əraziyə gətirilib.
Qeyd edək ki, Moskvada Ərdoğan-Putin görüşünün davam etdiyi vaxtda İranın belə bir addım atması diqqət çəkib.