Gürcüstan vətəndaşları Azərbaycanda karantinə alındı
05.03.2020
Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.
Xəbər verildiyi kimi, həmin şəxslərin Azərbaycanda karantinə alındığını bildirib.
A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib:
"Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.