Türk ordusu Əsəd qüvvələrini darmadağın etdi
05.03.2020
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi "Bahar qalxanı” əməliyyatı çərçivəsində son 24 saat ərzində Dəməşq rejiminin 184 əsgəri zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.
Bildirilib ki, rejimin 4 tankı, 5 top/raketatıcısı, 3 tank əleyhinə silahı, 8 döyüş maşını, 2 pikapı, 2 zirehli döyüş maşını məhv edilib.
Türk ordusu itki verməyib.