Sərnişin havada olan təyyarənin qapısını açmağa çalışıb. Nəticədə, hava gəmisinin reysi yarımçıq saxlanılıb.
Bu barədə "The Sun” xəbər yayıb.
Bildirilir ki, "American Airlines” aviaşirkətinin Çikaqo-Dallas reysini həyata keçirən layner Sent Luis Lambert şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.
Məlum olub ki, turistlərin biri uçuş zamanı qəza çıxışının qapısını açmağa cəhd edib. Heyət üzvləri və sərnişinlər onu yerə yıxaraq, təyyarə eniş edənə qədər onu bu vəziyyətdə saxlayıblar.