Bu, Kreml-İrəvan münasibətində problem yaradır
05.03.2020
Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi Rusiya-Ermənistan münasibətlərində əsas qıcıqlandırıcı məqamdır.
Bu məlumatı "Kommersant” qəzeti yayıb.
"Robert Köçəryana münasibətdə açılan iş Ermənistanın daxili işi deyil. Moskva Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri olan Köçəryanla bağlı prosesi diqqətlə izləyir”, – deyə qəzet bildirib.
"Kommersant”ın Kremldəki etibarlı mənbələrindən biri Rusiya tərəfinin Köçəryana qarşı prosesi siyasi hesab etdiyini deyib. Mənbə Moskvanın bununla bağlı mövqeyini Ermənistan hökumətinə dəfələrlə çatdırdığını bildirib. Belə ki, yaxın gələcəkdə Köçəryan məsələsinin həll edilməyəcəyi təqdirdə bunun Rusiya-Ermənistan ikitərəfli münasibətlərində aktual məsələyə çevriləcəyini söyləyib.