ABŞ Əfqanıstanı BOMBALADI
04.03.2020
ABŞ ordusu Əfqanıstanın Gilmend vilayətində Talibana aviazərbələr endirib.
Bunu ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi Sonni Leqqet öz Tvitter səhifəsində paylaşıb. O, Talibana Əfqanıstan ordusuna aktiv hücumlar etdiyi üçün zərbə endirildiyi bildirilib. Leqqet bunun son 11 gün ərzində Talibana endirilən ilk zərbə olmadığını deyib.
Qeyd edək ki, 29 fevralda AB,, Əfqanıstan hökuməti və Taliban arasında saziş imzalanıb. ABŞ Prezidenti ilə Taliban rəhbəri arasında isə ötən gün telefon danışığı olub.