Erməni general Aprel savaşına görə sorğuya çağırıldı
04.03.2020
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovu aprel savaşı ilə bağlı vəziyyətin tədqiqatı üzrə istintaq komissiyasında sorğuya çağırıb.
Bu məlumatı "Qraparak” qəzeti yayıb. Hələlik komissiyanın iclasının nə zaman olacağı açıqlanmayıb. Qəzet komissiyanın dinləmələr üçün qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Levon Mnatsakanyanın da iclasa dəvətinin nəzərdən keçirildiyini bildirib.
Qeyd edək ki, bundan öncə komissiyanın iclasına Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan dəvət edilmişdi.