21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin o dərmanın adını açıqladı

04.03.2020

Çin hökuməti koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrin müalicəsi zamanı "Roche Holding AG” şirkətinin artrit dərmanlarından istifadəni təsdiqləyib.
İsveçrənin nəhəng əczaçılıq şirkəti tərəfindən "Actemra” ticarət nişanı altında satılan "Tocilizumab” preparatı ağ ciyərlərin ciddi zədələnməsinə məruz qalan və qanın tərkibində iltihabı və ya immunoloji xəstəlikləri bildirən "Interleukin 6” adlı proteinin miqdarı çox olan koronavirus xəstələrinə təyin edilə bilər.
"Roche” əczaçılıq şirkətinin fikrincə, "Actemra” preparatı "Interleukin 6” proteini ilə əlaqədar olan iltihabı məhdudlaşdırmağa kömək edə bilər.
Lakin hələlik bu preparatın koronavirus xəstələrinə səmərəli təsir göstərə biləcəyinə dair heç bir kliniki sınaq aparılmayıb.