21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putin Ərdoğana İdlibə görə qaz güzəşti edəcək? - ŞƏRH

04.03.2020

Rusiya hakimiyyətinin Türkiyəyə münasibətdə uzunmüddətli strategiyası yoxdur.
Bu sözləri açıqlamasında Belarus politoloqu Mixail Malaş deyib.
"Türkiyənin də eyni problemi var. Buna görə də tərəflər bir-birinə situativ reaksiya verirlər. Ərdoğanın səfəri ərəfəsidə Rusiya mediasının Kremlə zidd mövqeyi böyük ehtimalla Rusiya hakimiyyəti üçün xarici siyasət sferasında informasiya bəhanəsi mənbəsinin yaradılmasına hesablanıb. Kreml hesab edir ki, o, istənilən qələbəni, hətta məğlubiyyəti belə media ilə yönəldə bilər, amma təbliğat artıq özünün uğursuzluğunu göstərməyə başlayır”, – deyə o bildirib.
Belarus politoloqu Rusiyanın Türkiyəyə münasibətdə siyasətinin davamsız və ziddiyyətli olduğunu deyib:
"Rusiyanın Suriya konfliktinə qoşulması onu Türkiyədən güclü şəkildə asılı etdi. Belə ki, Suriya ərazisində Moskvanın nəqliyyat əlaqə imkanları yox idi. Təbii ki, Rusiya Türkiyəni indiki halda bir daha qıcıqlandırmaqda maraqlı deyil”.
Ekspert Moskvanın bütün vasitələrlə Türkiyə ordusu ilə toqquşmalardan qaçmağa çalışdığını vurğulayıb
Ərdoğanla Putinin martın 5-də baş tutacaq görüşünə nəzər yetirən politoloq hazırkı situasiyada Moskvanın bütün vasitələrlə simasını qorumağa çalışacağını deyib:
"Mövqelərin verilməsi onun üçün qəbuledilməzdir. Kompromis üçün vasitələrdən biri "Cənub axını” ilə ötürülən qazın tarifində güzəşt ola bilər”.