Türkiyə F-16-sı Əsədin təyyarəsini məhv etdi
03.03.2020
Türkiyə ordusu İdlibdə Suriya rejiminə aid L-39 tipli hərbi təyyarəni məhv edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarə İdlibin Maaret ən-Numan bölgəsində vurulub.
Suriyanın rəsmi SANA agentliyi təyyarənin Türkiyə hərbi hava qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulduğunu yazıb.