21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsveçrədə koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb

03.03.2020

İsveçrədə COVID-19 koronavirusuna yoluxanların sayı 43 nəfərə çatıb. 
Ölkə hökuməti epidemiya haqqında Qanuna uyğun olaraq "xüsusi vəziyyət" elan edib və kütləvi tədbirlərə qadağan qoyub. Martın 15-dək İsveçrədə iştirakçı sayı min nəfərdən yuxarı olan bütün tədbirlər (sərgi, yarmarka, konsert, idman oyunları) təxirə salınıb.
Yoluxma hallarının əksəriyyəti Şimali İtaliya ilə əlaqədar olsa da, artıq martın 2-də İsveçrədəki infeksiya mənbəyindən yoluxan ilk pasiyent qeydiyyata alınıb. İndiyədək ölkədə 1850 nəfər şübhəli şəxs yoxlanışdan keçib və onlarda virus aşkarlanmayıb. İsveçrədə ən çox yoluxma halı Sürix və Qraubünden kantonlarında (hər birində doqquz nəfər) qeydə alınıb.