İnsanlarda gərginlik yaratmayın - stress immuniteti aşağı salır
03.03.2020
Hazırda Fövqəladə Hallar və Səhiyyə nazirlikləri virusun geniş yayılmasının qarşısının alınması üçün lazımi addımları atır.
Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər barədə danışarkən deyib. O bildirib ki, bəzi şəxslərin virusla bağlı atılan addımlara görə Çini nümunə göstərməsi doğru yanaşma deyil:
"Virusun mənbəyi Çindir, bizdə o qədər yayılmayıb ki, o miqyasda tədbirlər də görülsün. Bundan başqa, Çin dünyanın müasir texnologiyaya malik, güclü sənayesi olan, inkişaf etmiş super dövlətlərindən biridir. Ona görə də bəzi adamların siyasi məqsədlərlə bizi Çinlə müqayisə etməsi yanlışdır. Ən başlıcası, şayiələr yaymaqla qorxu mühiti yaradıb insanların gərginlik yaşamasına imkan vermək olmaz. Stress immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigienik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır”.
Q.Həsənquliyev bu məsələdə KİV-in də üzərinə iş düşdüyünü bildirib:
"KİV insanları bu istiqamətdə maarifləndirməkdə davam etməlidir”.
Facebook