Ermənistanda I Nikolayın büstü qoyuldu
03.03.2020
Ermənistanın Gümrü şəhərində rus çarına abidə ucaldılıb.
I Nikolayın büstü Rusiyanın Ermənistandakı hərbi bazasında qoyulub.
Xatırladaq ki, I Nikolayın hakimiyyəti illərində Rusiya ermənilər üçün Cənub Qafqazda, Azərbaycan torpaqlarında yer ayırıb. Rusiya Gümrünü forpostuna çevirərək onun adını Aleksandropol qoyub. Həmin illərdə çar ordusu Qars, Ərdəhan, Axalkələk və ətraf rayonları işğal edib.