Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi
03.03.2020
Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Həmin qurumların əməkdaşları də DİN-in digər şöbələrində işlə təmin ediliblər.