Koronavirusdan qorunmaq üçün buna diqqət edin - VİDEO
03.03.2020
Koronavirusdan qorunmaq elə də çətin deyil. Virusları məhv etmək üçün əllərinizi bir neçə dəfə sabunla yuyun.
Bu barədə koronavirusla mübarizə ilə bağlı hazırlanmış video-çarxda qeyd edilib. Bildirilib ki, virusdan qorunmaq üçün spirt və gigiyenik vasitələrdən də istifadə etmək lazımdır:
"Asqırarkən və öskürərkən ağzınızı tənzif və salfetlə tutun. İstifadə edilmiş tənzif və salfetləri zibil qutusuna atın. Bu, sizin virusla mübarizə aparmağınıza yardım edəcək”.