Çində virusa yoluxma halları azalıb
03.03.2020
Çində Covid-19 koronavirusuna yoluxma hallarında azalma qeydə alınıb.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, ötən gün Çində 206 yoluxma halı qeydə alınıb ki, bu da yanvarın 22-dən bəri ən aşağı göstəricidir.
Çindən kənarda virus 61 ölkədə qeydə alınıb. Son məlumatlara əsasən, virusa 8739 nəfər yoluxub, onlardan 127 nəfəri həyatını itirib.
Baş direktor bildirib ki, Cənubi Koreya, İtaliya, İran və Yaponiya əsas narahatlıq mənbəyidir.