Rusiya İdlibə hücum etdi - Ölən və yaralılar var
03.03.2020
Rusiya Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri ötən gecə Suriyanın İdlib şəhərinə aviazərbələr endirib.
İlkin məlumata görə, cəbhə boyu ərazilərə və bəzi yaşayış məntəqələrinə təşkil edilən hava əməliyyatı zamanı 9 dinc sakin həlak olub.
Mülki Müdafiə mənbələri çox sayda mülki şəxsin yaralı olduğunu bildirir./publika/